18 Ağustos 2016 Perşembe

Zaur Pənahov - "Qaranlıq günəş "


       Salam Blog :) Sizlərlə ilk paylaşacağım kitabı seçmək çətin oldu, amma ən son qərarım "Qaranlıq günəş" oldu. Azərbaycanın ilk epic - fantasy romanı. Fantastikanı qətiyyən sevməsəm də, bir neçə il əvvəl yaxın rəfiqəmin təkidi ilə oxumağa başladım və bu kitab həqiqətən bir ayrıcalıq təşkil elədi. Baxmayaraq ki ilk səhifələrdə kitabı heç zaman açmamaq üzrə bağladığımı da xatırlayıram, o qədər darıxdırıcı gəlmişdi yəni :) Sonra necə oldusa davam elədim və möhtəşəm, 2 gün içərisində bitdi belə :)
       Demək belə, kitab 2 hissədən ibarətdir, "Xeyrin çöküşü" və "Həyat sandığı". 3-cü hissəsi olan "Ölüm mələyi"də yolda olmalıdır, keçən ilin yay aylarında buraxılacaq deyirdilər və bu ilin yayı da bitir artıq, təəssüf ki hələ yoxdur. 
       Gənc yazarın bu kitabının məzmununa gəlincə, fantastik-qurğu və dedektiv janrı özündə birləşdirən bu romanda heç bir zaman var olmayan bir dünyanın fərqli həyat qanunlarından, fərqli düşüncələrindən danışılır. 
       Əsərin ideyası nədir? Keçmişdə insanlarla bərabər yaşayan, insanların "Tanrılar" adlandırdığı paralel dünyanın ekro irqləri (Ekro-insan irqindən tamamilə ayrı, başa düşdüyüm qədərilə paralel dünyadan gəlmə, insandan fiziki və zehni bacarıqlarına görə üstün olan varlıqlardır), bu dünyalar arasındakı qapı, vidralar, üçüncü göz və ruhun səyahəti, hissləri olmayan ekrolar - qısası təxəyyülün sərhədsizlikləri və daha nələr... Ən vacibi isə, bu kitabda xeyirlə şər arasındakı incə bənzərliyi görmüş oluruq.
       Yenə deyirəm, ilk səhifələrdə roman maraqsız görünə bilər, amma içinə düşdükdə çıxılması mümkün olmayan kitablardan biridir :) Şiddətlə tövsiyə olunur :)
       Kitabı oxuyanlar, romanla bağlı fikirlərinizi mənimlə bölüşsəz məmnun olaram.

         
P.S: Sevdiyim cümlələrindən: 
Əgər qaranlıqdırsa, gözlərini aç. Yenə də qaranlıqdırsa, səmaya bax. Ulduzları görmürsənsə, əlini qəlbinə apar. Əgər o döyünürsə, sabah işıq olacaq.

7 yorum:

  1. Kitab ancaq bu qədər möhtəşəm təsvir oluna bilərdi :) Ugurlar :)

    YanıtlaSil
  2. Çox sevdiyim kitablardandır ve kitab haqda düşüncelerinizi de, yazı terzinizi de beyendim. Blogunuzda neler paylaşacaqsız maraglıdır. Size uğurlar, davamlı olsun.

    YanıtlaSil
  3. Fantastika'ni sevmesemde maragli geldi

    YanıtlaSil
  4. Mən də çox bəyəndim, gözəl yazıdı. Təşəkkürlər

    Z. Pənahov

    YanıtlaSil