25 Ağustos 2016 Perşembe

Patrick Zuskind - "Ətriyyatçı"

Salam blog :) 
Sizlər üçün haqqında danışmaq istədiyim növbəti kitab Patrick Zuskind və onun 1985-ci ildə nəşr edilmiş "Ətriyyatçı" romanıdır.
Patrick dünya şöhrətli yazar olsa da, maraqlanmaq istəsən mediada onun barəsində çox az məlumat tapa bilərsən :) 




Hal-hazırda gizli şəkildə fasilələrlə gah Münhendə, gah Fransada, əsasən də Mansardanda yaşayır. Özünün gizli həyat tərzi ilə əlaqədar müsahibələri, rəsmi görüşləri təxirə saldığına görə alman mətbuatı onu "əyləncəli alman ədəbiyyatının kabusu" adlandırır.





Əsərə gəlincə, roman və ona əsasən çəkilən film barəsində çox eşitmişdim və nəhayət oxumaq qərarına gəldim. Yazarın ideyası möhtəşəm olsa da yazı dili çox sıxıcı gəldi mənə. Hələ Azərbaycan dilinə edilmiş tərcümədən danışmağa belə dəyməz, o dərəcə ki kitabı yarımçıq saxladım və türkçə pdf versiyasını oxumağı daha məsləhətli bildim.
Kitab bir qatilin həyat hekayəsindən bəhs edir. Onu digər insanlardan fərqləndirən xüsusiyyətləri var. Belə ki o, təbiətdə var olan hər bir şeyin qoxusunu kilometrələrlə uzaqdan hiss edə, milyonlarla qoxunu bir-birindən ayırıb yaddaşına yaza bilir. Bu cür mükəmməl xüsusiyyətə malik insan bədəninin tək bədəli isə özünün qoxusunun olmamasıdır. Hər insanın özünəməxsus barmaq izi və bədən qoxusu olmasına baxmayaraq,  Jan-Batist Grenuy bundan məhrumdur. Personajımızın sevimli məşğuliyyəti isə, burun zövqünə uyğun gələn qadınları öldürərək onların bədən ətirlərindən istifadə etmək və yeni əsrarəngiz ətirlər kəşf etməkdir. 

 Qeyri-adi ssenariyə malik olan, sonu təsəvvür etdiyimdən fərqli bitən romanları sevsəm də, "Ətriyyatçı"nı sevə-sevə oxudum desəm, yalan danışmış olaram :) 
Filmini isə çox sevdim. Kitab nə qədər darıxdırıcı olsa da, film bir o qədər əsrarəngizdir. Və məncə Patrick əsərin bütün dünyada bu dərəcə məşhurluq qazanmasında filmə kifayət qədər borcludur :) Baxmağınızı tövsiyə edirəm :)

Fikirlərini bölüşmək istəyənlər məqalənin aşağısındakı bölməyə yaza bilərlər.





Oxuduğunuz üçün təşəkkürlər :)


(İstinad edildi: Vikipediya.az)

Hiç yorum yok:

Yorum Gönder