25 Ağustos 2016 Perşembe

Patrick Zuskind - "Ətriyyatçı"

Salam blog :) 
Sizlər üçün haqqında danışmaq istədiyim növbəti kitab Patrick Zuskind və onun 1985-ci ildə nəşr edilmiş "Ətriyyatçı" romanıdır.
Patrick dünya şöhrətli yazar olsa da, maraqlanmaq istəsən mediada onun barəsində çox az məlumat tapa bilərsən :) 




Hal-hazırda gizli şəkildə fasilələrlə gah Münhendə, gah Fransada, əsasən də Mansardanda yaşayır. Özünün gizli həyat tərzi ilə əlaqədar müsahibələri, rəsmi görüşləri təxirə saldığına görə alman mətbuatı onu "əyləncəli alman ədəbiyyatının kabusu" adlandırır.





Əsərə gəlincə, roman və ona əsasən çəkilən film barəsində çox eşitmişdim və nəhayət oxumaq qərarına gəldim. Yazarın ideyası möhtəşəm olsa da yazı dili çox sıxıcı gəldi mənə. Hələ Azərbaycan dilinə edilmiş tərcümədən danışmağa belə dəyməz, o dərəcə ki kitabı yarımçıq saxladım və türkçə pdf versiyasını oxumağı daha məsləhətli bildim.
Kitab bir qatilin həyat hekayəsindən bəhs edir. Onu digər insanlardan fərqləndirən xüsusiyyətləri var. Belə ki o, təbiətdə var olan hər bir şeyin qoxusunu kilometrələrlə uzaqdan hiss edə, milyonlarla qoxunu bir-birindən ayırıb yaddaşına yaza bilir. Bu cür mükəmməl xüsusiyyətə malik insan bədəninin tək bədəli isə özünün qoxusunun olmamasıdır. Hər insanın özünəməxsus barmaq izi və bədən qoxusu olmasına baxmayaraq,  Jan-Batist Grenuy bundan məhrumdur. Personajımızın sevimli məşğuliyyəti isə, burun zövqünə uyğun gələn qadınları öldürərək onların bədən ətirlərindən istifadə etmək və yeni əsrarəngiz ətirlər kəşf etməkdir. 

 Qeyri-adi ssenariyə malik olan, sonu təsəvvür etdiyimdən fərqli bitən romanları sevsəm də, "Ətriyyatçı"nı sevə-sevə oxudum desəm, yalan danışmış olaram :) 
Filmini isə çox sevdim. Kitab nə qədər darıxdırıcı olsa da, film bir o qədər əsrarəngizdir. Və məncə Patrick əsərin bütün dünyada bu dərəcə məşhurluq qazanmasında filmə kifayət qədər borcludur :) Baxmağınızı tövsiyə edirəm :)

Fikirlərini bölüşmək istəyənlər məqalənin aşağısındakı bölməyə yaza bilərlər.





Oxuduğunuz üçün təşəkkürlər :)


(İstinad edildi: Vikipediya.az)

18 Ağustos 2016 Perşembe

Zaur Pənahov - "Qaranlıq günəş "


       Salam Blog :) Sizlərlə ilk paylaşacağım kitabı seçmək çətin oldu, amma ən son qərarım "Qaranlıq günəş" oldu. Azərbaycanın ilk epic - fantasy romanı. Fantastikanı qətiyyən sevməsəm də, bir neçə il əvvəl yaxın rəfiqəmin təkidi ilə oxumağa başladım və bu kitab həqiqətən bir ayrıcalıq təşkil elədi. Baxmayaraq ki ilk səhifələrdə kitabı heç zaman açmamaq üzrə bağladığımı da xatırlayıram, o qədər darıxdırıcı gəlmişdi yəni :) Sonra necə oldusa davam elədim və möhtəşəm, 2 gün içərisində bitdi belə :)
       Demək belə, kitab 2 hissədən ibarətdir, "Xeyrin çöküşü" və "Həyat sandığı". 3-cü hissəsi olan "Ölüm mələyi"də yolda olmalıdır, keçən ilin yay aylarında buraxılacaq deyirdilər və bu ilin yayı da bitir artıq, təəssüf ki hələ yoxdur. 
       Gənc yazarın bu kitabının məzmununa gəlincə, fantastik-qurğu və dedektiv janrı özündə birləşdirən bu romanda heç bir zaman var olmayan bir dünyanın fərqli həyat qanunlarından, fərqli düşüncələrindən danışılır. 
       Əsərin ideyası nədir? Keçmişdə insanlarla bərabər yaşayan, insanların "Tanrılar" adlandırdığı paralel dünyanın ekro irqləri (Ekro-insan irqindən tamamilə ayrı, başa düşdüyüm qədərilə paralel dünyadan gəlmə, insandan fiziki və zehni bacarıqlarına görə üstün olan varlıqlardır), bu dünyalar arasındakı qapı, vidralar, üçüncü göz və ruhun səyahəti, hissləri olmayan ekrolar - qısası təxəyyülün sərhədsizlikləri və daha nələr... Ən vacibi isə, bu kitabda xeyirlə şər arasındakı incə bənzərliyi görmüş oluruq.
       Yenə deyirəm, ilk səhifələrdə roman maraqsız görünə bilər, amma içinə düşdükdə çıxılması mümkün olmayan kitablardan biridir :) Şiddətlə tövsiyə olunur :)
       Kitabı oxuyanlar, romanla bağlı fikirlərinizi mənimlə bölüşsəz məmnun olaram.

         
P.S: Sevdiyim cümlələrindən: 
Əgər qaranlıqdırsa, gözlərini aç. Yenə də qaranlıqdırsa, səmaya bax. Ulduzları görmürsənsə, əlini qəlbinə apar. Əgər o döyünürsə, sabah işıq olacaq.

17 Ağustos 2016 Çarşamba

Hello, Blog! :)

      Hələki heçkim tərəfindən izlənilməyən blog`umda ilk yazım. 
     "İlk blog yazısında nələri yazmalıyam" düşünə-düşünə neçə saat keçib xəbərim yoxdu, sonda "nə gəlirsə ağlına yaz, başla" dedim və start:) 
       Bu blog`u bəzilərindən fərqli olaraq uzun müddətdir düşünmürdüm, bir neçə saat əvvəl ağlıma düşdü və budur artıq ilk postu yazıram:)
       Blog`un adı sizə bəzi şeyləri deyir deyə ümid edirəm :) Sizlərlə paylaşacaqlarım mənim sevimli məşğuliyyətimin dəyərliləri - oxuduğum kitablarla bağlı düşüncələrim olacaq. 

       Oxumağı bacardığım ilk vaxtlardan kitablar yaxın dostumdu, son 15 ildir yəni :) 
       İlk postdan çox uzatmaq istəmirəm. Düşünürəm zamanla faydalı postlar yaza biləcəyəm.
       İzləmədə qalın.